Zülfiyyə çağırış etdi: Siz Allah, soyunmayın... - Soyunmaq müasirlik deyil
Xalq artisti, tanınmış müğənni Zülfiyyə Xanbabayevanın paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.
Sənətçi "Instagram" hesabında yeni videogörüntüsünü paylaşıb.
İzləyicilər illərin dəyişmədiyi Zülfiyyəni açıq-saçıq geyimləri ilə gündəmdə olan xalq artistləri ilə müqayisə ediblər. Ona məsləhət verənlər də olub:
"Bir-bir rəyləri oxudum, bir dənə də pis rəy yazılmayıb, budur, sənətçiyə olan sevgi. Siz Allah, siz də soyunmayın, lütlənməyin, nə olar, müasirliyi soyunmaqda görənlərdən olmayın. Yaşa dolduqca, soyunan bəzi xalq artistləri iyrənc görüntülərlə yadda qalıblar".
Əksər izləyicilər isə ona tərif yağdırıb:
"Yaşca məndən lap az böyükdür. Amma yanaşı dayansaq, elə bil, mən anasıyam, o da qızım. Allah qorusun, gözəl xanımdır. Silikonu yox, plastiki yox. Gözümü açandan bu xanım belə layiqli, abırlı-həyalı geyinib, indiyə kimi də belədir. Ona görə də sevilir". / yenicag.az