Zirəddindən güclü zəlzələnin baş verdiyi İstanbulla bağlı qorxunc proqnoz - Azərbaycanda isə...

23 Aprel 2025
68090b661c5e5202504254646
1582

Xəbər verdiyimiz kimi, İstanbulda son bir saat ərzində ard-arda 8 zəlzələ qeydə alınıb. Bu, həm Türkiyə, həm də Azərbaycanda narahatlığa səbəb olub. Əksəriyyət 2 il əvvəl qardaş ölkədə baş verən dağıdıcı zəlzələnin təkrarlanacağını düşünür.

Globalinfo.az-a danışan kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib ki, bu il Türkiyədə dağıdıcı zəlzələlər olmayacaq: “May, iyun və noyabr Türkiyə üçün seysmoloji aktiv aylardır. Ümumilikdə bu il Kahramanmaraşdakı kimi faciəvi, tarixi fəlakət görmürəm. Lakin mən İstanbulu qırmızı görürəm. Bu, ya böyük yanğın, ya da partlayış ola bilər”.

Ekstrasens Azərbaycan üçün qorxulu və dağıdıcı zəlzələ görmədiyini bildirib.