Zeynəb Xanlarova şou-biznesin hazırki vəziyyətini tənqid etdi: “Hanı Şövkətlər, Rübabələr?!” / VİDEO

24 May 2023
646dc6337ad01202305230923
537

Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyi üçün kamera qarşısına keçib.

Bu barədə nazirlik sosial media hesablarında paylaşım edib.

“Mədəniyyət sizinlə tanınır! Xalq artisti Zeynəb Xanlarova” başlıqlı videoda sənətçi fikirlərini belə ifadə edib:

“Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən. 

Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol! Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı “mikrofon oxuyan”ları olmayıb e! Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm! Vətənsiz, xalqsız yaşaya bilmərəm!”. / Olay.az