Zaurun səhhətində problem yarandı - Efirə çıxa bilməyəcək?

25 Yanvar 2024
65b291cd0ec3c202401245229
260

Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının yarımçıq dayandırılıb. Verilişin efirdəki qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülmüşdü.

ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında iddiaları təkzib edib.“Bu gün "Bizimləsən" proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib və proqramın son 1 saatlıq hissəsinə çıxmaması və istirahət etməsi tövsiyyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Sabahdan etibarən işinin başında olacaq” - Ozal İbrahimli deyib.