Zaurdan xoşagəlməz hərəkət: Aparıcı Ülviyyə ilə keçmiş ərini bir-birindən xəbərsiz eyni verilişə çağırdı - Görün nə oldu
ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində gərgin anlar yaşanıb. Aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib.
Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb. Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var. / Axşam.az