Zaur və oğlu efirə çıxmayacaq

Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bildirib.O , "Həmin Zaur" verilişinin mövsüm finalına gedəcəyini deyib: "Ayın sonuna qədər oğlum Bartu ilə birlikdə iş başında olacağıq. Sonra mövsüm hazırlığına gedəcəyik. Yeni mövsüm yəqin ki, sentyabrın əvvəlində olacaq. Hələ dəqiq bilmirik. Amma 1 ay istirahət edəcəyik".Qeyd edək ki, Nanə Ağamalıyeva da sabah "7 Tamam" proqramının son buraxılışını izləyicilərə təqdim edəcəyini bildirib./ Axşam.az