Zaur və Günay məclisdə pərt oldu - Yarımçıq tərk etdilər

29 Aprel 2024
662fc7a5841b3202404241533
10440

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb.

Bu barədə “PrimeTime” iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib.Hətta bu barədə M. Eyubova “Evdəkilərə salam” proqramında üstü örtülü şəkildə danışıb:

“Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən hər kəs sağ olsun”.