"Arzulamazdıq ki, bu görüntülər bu formada yayılsın" - Zaur Oqtay Əliyevin ölümündən danışdı

"Bayramda elə bildiniz ki, istirahət elədiik, amma bayram həftəsi bizim üçün həm bir bayram həftəsi kimi oldu, həm də bizim üçün çox dəyərli insanlardan biri olan Oqtay Əliyevi faciəvi şəkildə itirdik. Allah rəhmət eləsin. Doğrudan da mədəniyyət, incəsənətdə öz sözünü deyən biri idi".

Showmedia.az Big.az-a istinadən xəbər verir ki, bunu aparıcı Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" proqramında avtoqəzada dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, rejissor Oqtay Əliyev barədə danışarkən deyib.

"Mən hüzür yerində Dilarəyə (red. Əməkdar artist, akrisa Dilarə Əliyeva) də, ümumiyyətlə ora gələnlərə də söylədim ki, Oqtay müəllim məclisə gələn insanların hamısının həyatında xüsusi bir yeri və rolu vardı. Oqtay müəllim ünsiyyətdə olan insanlarla bir uşaq kimi davranırdı, baxmayaraq ki, artıq 56 yaşı var idi. Hətta söhbət məşhurdan getmir. Məşhur olmayan bir insan telefonu qaldırıb Oqtay müəllimə zəng vururdu ki, mənim bir layihəm var, ona da vaxt ayıracaqdı. Çox qəribə idi ki, onun hamıya vaxtı var idi. Allah rəhmət eləsin. Bir daha Dilarəyə, qızlarına, atasına, anasına, qardaşına Allahdan səbr diləyirəm. Həqiqətən də bizim üçün gözlənilməz oldu.

Hamı bilir ki, dünyadan köçəcək. Hamımız bilirik ki, ölüm haqdır, bir gün kiminsə qapısını döyəcək, amma harada, necə, nə cür döyəcək, bunu bilmirik. Məsələn, Tünzalədə (red. Əməkdar artist Tünzalə Əliyeva) biz haradasa qəbul etməyə çalışırdıq, mübarizə aparırdıq, amma bilirdik ki, bu insan xəstədir, hər şey ola bilər. Amma məhz Oqtay müəllimdə o qədər qəfil və faciəvi bir ölüm oldu, yəni gözlənilməz məqam idi. Ona görə də şok içərisindəydiq. Hətta məclisə girəndə belə mən başa düşə bilmirdim ki, nə etmək lazımdır. Başa düşmürsən axı sənin üçün qəfil gələn bir ölümü dərk edə bilmirsən ki, bu məqamda insan nə etməlidir, necə hərəkət, necə rəftar etməlidir. Baxırsan, həmişə deyən-gülən insanlar hamısının gözündə yaş, belə pərişan bir halda. Yəni doğrudan da inanmaq olmurdu bu cür ölümə.

Bir də ağrıdıcı məqamlardan biri o idi ki, o görüntülərin sosial mediada yayıldı. Məsələn, mən bilirəm ki, bu xaricdə, başqa bir ölkədə baş vermiş olsaydı, bəlkə də o, mozaika ilə üstü bağlanardı. Çünki bu günün sabahı var. Sabah ailə üzvlərinin bir balaca beyni sakitləşəndən sonra o görüntülərə bir daha ekranda elə "Oqtay Əliyev" yazan kimi birinci o görüntülər gələcək ekrana. Yəni arzulamazdıq ki, bu görüntülər bu formada yayılsın. Çünki fərqi yoxdur məşhurdur, qeyri-məşhurdur, kim olur olsun. Amma istənilən vəziyyətdə Oqtay müəllimin böyük bir yaradıcılğı oldu, Azərbaycanda bu gün səhnədə tanınan, məşhurlaşan, ulduzlaşan, hətta dünya səhnələrini fəth edən bizim Avroviziya müsabiqəsinə gedən iştirakçıların böyük əksəriyyəti məhz "Yeni ulduz" yarışmasının iştirakçıları olmuşdu. Onlardan ən uğurluları seçilib böyük səhnələrdə iştirak etmişdi, hansı ki bu da məhz Oqtay müəllimin bügünə qədəq yaratdığı layihələrdə parlayan simalar oldu".