Zaur ölkəni birdəfəlik tərk edir, bütün verilişləri bağlanır

07 Yanvar 2024
659a539b2fa2a202401243243
1096

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramarın bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun “bayram zarafatı” kimi qəbul edənlər də oldu.

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.