Zaur "Bizimləsən" haqqına verilən qərarın səbəbini açıqladı - "Hər şey buna görə oldu" - VİDEO

26 Mart 2024
6603214b286fe202403242603
4925

Xəbər verdiyimiz kimi aparıcı Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin vaxtı azaldılıb.

Bu barədə o efirdə açıqlama verib. Aparıcı verilişin vaxtının azaldılmasının özünün istəyi ilə olduğunu irəli sürüb.

“Mən övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər” - Z.Baxşəliyev bildirib.

Qeyd edək ki, sözügedən verilişin əvvəlki efir vaxtı 4 saat idi.

Metbuat.az