"Yeganə qızsan ki, məni ehtiraslandırırsan" – VİDEO

Aktrisa Pərvin Abıyeva 33 yaşını qeyd edib.

Sənətçi doğum günü münasibətilə öz villasında məclis təşkil edib.

Cəmi 20 nəfər – müğənni Səidə Sultan, Samiraldo, stilist Fərid Bağırov, jurnalistlər Əfruzə Ağayeva, Pərviz Hüseyn və digərləri dəvət olunub.

Məclisdə Samiraldonun təbriki diqqəti özünə çəkdirib.

O deyib: “Sən həmişə gözəlsən, həmişə maraqlısan. Yeganə qızsan ki, məni ehtiraslandırırsan. Sən ən bahalı Barbisən, ölkənin ən bahalı Barbisi…” / yenisabah.az