Yataq otaqlarına girib, sürüyərək... - Şok detallar üzə çıxdı

03 Yanvar 2026
695963533847d202601264331
2872

Venesuela prezidenti Nikolas Maduronun və xanımının həbsinin detalları məlum olub. CNN Venesuelada keçirilən əməliyyatın detallarını açıqlayıb.

CNN xəbər verir ki, əməliyyat gecəyarısı baş tutub. ABŞ xüsusitəyinatlıları Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi yatdıqları yerdə həbs ediblər. CNN-nin yazdığına görə, keçmiş dövlət başçısını və xanımını yataq otağından sürüyə-sürüyə çıxarıblar. Agentlik əməliyyatın cəmi 30 dəqiqə çəkdiyini yazıb.

ABŞ-nin Baş prokuroru Pamela Bondi cütlüyün taleyinə aydınlıq gətirib. O, Maduro və xanımının Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacağını bildirib. Baş prokuror Venesuelanın sabiq rəhbərinə qarşı tezliklə rəsmi ittiham irəli sürüləcəyini elan edib.

Maduro qaçaqmalçılıqda, narkotik maddələrin qanunsuz dövriyyəsində və ABŞ-a qarşı qeyri-qanuni silahlı birləşmələr yaratmaqda suçlanır. / Metbuat.az

***

ABŞ Prezidenti Donald Tramp ələ keçirilən Venesuelada Prezidentinin görüntüsünü paylaşıb. Görüntü ABŞ hərbi gəmisində lentə alınıb. Tramp Maduronun Nyu-Yorkda gətiriləcəyini bəyan etmişdi.

69594720a4ea8202601264312