Xuraman kamera önündə makiyajını sildi - Görün təbii necə göründü

05 Oktyabr 2024
670132838bc0b202410243515
490

Müğənni Xuraman Şuşalı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Toydan sonra evə gələn sənətçi kamera önündə makiyajını silib.

Xuraman sözügedən prosesə dodaqlarındakı dodaq boyasını silməklə başlayıb.

Müğənni növbəti mərhələdə üzündəki qalın qat tonal kremi və özü dediyi kimi “Makiyajı gözəl göstərən kipriklər” taxma kiprikləri bir-bir çıxarıb. 

X.Şuşalı “Oturursan bir saat səni makiyaj edirlər sonra isə bir neçə dəqiqəyə onu silirsən” deyib qaşlarını qalın göstərmək üçün üzərinə sürülən qələmin izlərini silib.

“İndi sizə bir şok yaşadacağam. Qaş deyilən bir şey qalmayıb. Halbuki, məktəb vaxtı mənim çox qalın qaşlarım vardı. Allah bu qaşlara da bərəkət versin. Yoxa nələt (gülür)”, - deyə ifaçı vurğulayıb.

Daha sonra başındakı tacı çıxaran Xuraman “Keçələ oxşadım. İndi mənə deyəcəklər ki, belə gəzin, belə daha gözəlsiniz. Son zamanlar elə yoruluram ki, heç üzümü yumağa halım belə olmur. Amma makiyajı üzdən sildikdən sonra mütləq şəkildə üzü yumaq lazımdır” deyərək, makiyajsız vəziyyət alıb.

Həmin bu anları Xuraman Şuşalı instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. / Olay.az