Xumar "Efendim" mahnısını təqdim etdi, qalmaqal qopdu - Foto
Xumar Qədimova yeni layihəsini sevənləri ilə bölüşüb.
Əməkdar artist bu dəfə də fərqlilik iddiasını qoruyaraq “Əfəndim” adlı yeni mahnısını təqdim edib.
Mahnını özünəməxsus tərzdə oxuyan Qədimova onun üçün kamera qarşısına keçib və klip çəkdirib. Müğənni mahnının musiqisini özü bəstələyib. “Əfəndim”in sözləri Afət Alisə, aranjiman Rövşən Muhammed, tərtibat Taha Olquna məxsusdur.
Maraqlıdır ki, mahnı son günlər Samirə Əfəndinin qalmaqalının gündəmdə olduğu bir vaxtda ortaya çıxıb. Xumar Qədimovanın ‘Əfəndi’sinin Samirəyə dəstək, təsadüf və ya piar fürsəti olduğu məlum deyil.