Xoşqədəm fiqurasından danışdı - Qısa, açıq geyinməyə müsayitdir
Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb.
O, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:
"Efirdə qısa, açıq geyinmək... Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olaraq bunu özümə, tamaşaçıma layiq bilmirəm. İstəsəm bu geyimləri geyinə bilərəm. Xarici görünüşüm və bədən quruluşum buna müsayitdir. Amma evlərə gəlirəmsə, milyonlarla tamaşaçı mənə baxırsa olmaz". / Axşam.az