Xoşbəxtliyinin sirrini açdı - "İşdən çıxanda rəfiqələrim gəzməyə mən isə evə gedirəm"
25 Mart 2024

1861
Aktrisa Xəyalə Quliyeva TikTok platformasındakı fəaliyyəti barədə danışıb.Bununla bağlı OLAY-a açıqlama verən aparıcı, sözügedən şəbəkədən pul qazanmadığnı bildirib:“Mən orada yad adamla oyun oynamıram ancaq həmkarlar və tanıdığım insanlar olur. Yaxşı dəstəkçilərim var, sağ olsunlar. Məni çoxdan tanıyırlar, dünən efirə çıxan deyiləm. Bir də görürsən deyirlər ki, gör, nə qədər pul qazanırlar. Vallah elə deyil, TikTok-dan pul qazanmaq toya pul yazdırmaq kimidir, bu gün sən ona hədiyyə göndərirsən sabah da o, sənə. Elə orada dövriyyə edir, arada həmin platforma qazanır, sənin üçün də əyləncə olur. Mənsura qalib gəlmək çox çətindir, amma mən arada qazanıram”.Aparıcı 20 illik xoşbəxt evliliyi haqqında bəzi məqamları da açıqlayıb. Onun sözlərinə görə, evliliyin əsas sirri biri-birinə güvənməkdir:“Məncə, evliliyin əsas sirri qarşılıqlı anlaşma və ər-arvad münasibətindən başqa birlikdə dost olmağı bacarmaqdır. O, bu gün də yanımdadır, ümumiyyətlə, hər yerdə mənimlədir”.“Aktrisa olmaq gərgin iş rejimi və böyük məsuliyyət tələb edir. Bəs, həyat yoldaşınız Yusif bəy sizi belə, məqamlarda qısqanmır ki” sualına Xəyalə belə cavab verib:“Sami Yusufun bir sözü var deyir ki, sərbəstliyin həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə təbii ki qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlarla qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm.
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Xəbər Lenti
Evdə iki qız 3 oğlan olub, oğlanların biri ilə sevgili imiş - Yeniyetmələrin tapıldığı evlə bağlı şok detallar
27.04.2025 15:01
Cəmiyyət
İtkin düşən qızlar baxın kimin evində gizlənibmiş: Şok detallar - Foto
27.04.2025 00:53
Cəmiyyət
Nəzakət Teymurovadan Nüşabə Ələsgərlinin iradına cavab
25.04.2025 14:12
Cəmiyyət
Əməkdar artistin oriental çılğınlığı olay oldu - Video
25.04.2025 12:45
Cəmiyyət
Elnarə həyat yoldaşı ilə - Foto
25.04.2025 12:17
Cəmiyyət
"Xoşbəxt ola bilmədim"
25.04.2025 12:14
Cəmiyyət
Elgiz onu parodiya edən KVN-dən küsüb - Tahir İmanov cavab verdi
25.04.2025 11:59
Maqazin
"Mənim ailəm" - Emin
25.04.2025 11:07
Cəmiyyət
"Kişi qadını yaşatmağı bacarır..." - Fotolar
25.04.2025 11:06
Cəmiyyət
"TikTok şəxsiyyətsizliyi reklam edir"
25.04.2025 11:06
Cəmiyyət