Xoş olmayan görüntüləri yayılan Ayşən Babazadə işdən çıxarıldı - Video
29 Sentyabr 2025
4210
Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.
Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.
Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını dedi: “Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb”.
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. / Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
93 yaşlı kişi 35 yaşlı qadını 100 manata evinə apardı - Video
28.11.2025 09:54
Cəmiyyət
Ofisiantların ölümü ilə bağlı dəhşətli detal üzə çıxdı - Foto
27.11.2025 20:06
Cəmiyyət
Sevda Kazımova oğlunun toyundakı geyimindən danışdı - Foto
27.11.2025 17:30
Cəmiyyət
Vüsalənin verilişi yarımçıq dayandırıldı - Video
27.11.2025 12:49
Cəmiyyət
Tanınmış aparıcı sənətçi ilə ailə qurur - Video
27.11.2025 10:17
Cəmiyyət
Qumral 1 milyon qazandı - Video
26.11.2025 23:15
Cəmiyyət
O sənin qızın deyilsə övladının şəklini göstər: Deputata şok cavab - Foto
26.11.2025 20:48
Cəmiyyət
Günay Ağamalı həmin görüntülərdən danışdı - Foto
26.11.2025 17:35
Cəmiyyət
Günay Ağamalının qızının etik olmayan görüntüləri yayıldı - İddia - Foto
26.11.2025 14:10
Cəmiyyət
Paşinyan Samirə Əfəndiyə xalq artisti adı versin - Tural Abbaslı
26.11.2025 12:10
Cəmiyyət