Xorvatiyalı model Bakıda bu məşhurla eşq yaşayıb - FOTO
Qətərdə keçirilən Dünya çempionatında diqqətləri üzərinə çəkən xorvat model İvana Knollun Bakıya gəlişi dünya mediasının da gündəmində olub.
“Dailystar” qəzeti modelin "Formula 1" üzrə Azərbaycan Qran-prisində qonaq kimi iştirak etdiyindən bəhs edib.
Qəzet yazır ki, model "Formula 1" pilotları ilə tanış olmaq fürsəti də əldə edib. Media onun daha çox "Ferrari"nin pilotu Şarl Leklerlə səmimi fotolar paylaşmasına diqqət çəkib. Modelin pilotun qarşısında dayanıb gülümsəyərək çəkdiyi fotonu paylaşması onlar arasında səmimi münasibətin olduğu barədə iddiaların səsləndirilməsinə səbəb olub.