Xatirənin qısa şortu ilə qırmızı corabını TƏNQİD ETDİLƏR: “Bunlar qocaldıqca ağıllarını itirirlər” - FOTO
Müğənni Xatirə İslam geyimi ilə diqqətləri üzərinə cəmləyib.Sənətçi dəri materialdan qara rəngdə sinə dekolteli top, üzərinə isə qısa şort geyinərək obyektiv qarşısına keçib.Diqqətçəkən məqam isə Xatirənin həmin geyimi qırmızı corabın üzərinə geyinməsi olub. Müğənni geyimini hündürdaban ön və arxa hissəsi açıq ayaqqabı ilə tamamlayıb. Sosial şəbəkə hesabında şəkillərini yayımlayan X.İslamı izləyicilər geyim tərzinə görə sərt şəkildə tənqid ediblər.Onlar “Bunlar qocaldıqca ağıllarını itirirlər”, “Ancaq bu qədər zövqsüz olmaq mümkün idi” kimi şərhlər yazaraq Xatirənin geyimini bəyənməyiblər. (bizim.media)