Xankəndiyə getməydən imtina edən Xatirə Moskvaya getdi - Foto

Müğənni Xatirə İslam Moskvadan paylaşdığı yeni fotolarla sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Sənətçinin paylaşımları izləyicilər arasında marağa səbəb olub.

Xatirə İslam Rusiyanın paytaxtında, Moskvanın ən məşhur məkanlarından biri olan "Qızıl meydan"da fotosessiya etdirib. Kadrlarda müğənninin görüntüsü xüsusilə diqqət çəkib.

Sənətçi fotolarına qeyri-adi hava şəraitinə də toxunaraq belə bir qeyd əlavə edib:

"Hələ Moskva tarixində belə əlverişli hava şəraiti olmamışdı bu günə qədər. Qış gələ bilmir".

Paylaşım qısa zamanda çoxsaylı bəyənmə və rəylər toplayıb. / Milli.az

Şəkillər