"Xanımlara deyirəm ki, ərinizi qadınla tutsanız bunu edin" - Psixoloqdan şok məsləhət

"Deyəcəyim məsələ artıq geniş yayılıb. Deməli, evli kişilər guya çox qadınla görüşür, yəni gündə biri ilə görüşürmüş kimi imic yaradır". "Ölkə.az" xəbər verir ki, bunu psixoloq Samirə Bağırova deyib.

"İkinci telefonu da olur. Bir xanımla restoranda oturur, birinə hədiyyə alır və.s. Çevrəyə göstərməkdən ötrü, sanki bu, "babnik”dir. Əslində isə gizli sevgilisi kişidir. Onu heç kim bilmir, bütün istəklərini, ağlasığmayan cinsi arzularını onunla həyata keçirir. Xanımı bunu qadınla tutsa belə, qoy elə bilsin ki qadındır. Maskalanırlar. Ona görə xanımlara deyirəm ki, siz hələ yoldaşınızı qadınla tutsanız, şükür edin" -deyə psixoloq bildirib.