Xanəndə barəsində deyilən tənqidlərə cavab verdi - Video
Xanəndə Pərviz Qasımov barəsində səsləndirilən iddialara cavab verib.
***
Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımova irad bildirib.
Bu barədə o, “Gün ortası” verilişində danışıb.B. Niftəliyevin Pərvizin idman stilində muğam oxumasını tənqid edib:
“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.
Qeyd edək ki, Pərviz bodibildinq yarışında 1-ci yerə çıxıb. Xanəndəliklə paralel idmanla da məşğul olan sənətçinin zaman-zaman videoları müzakirə olunur. Onun idman geyimində muğam ifaları birmənalı qarşılanmır.Onu da xatırladaq ki, Pərviz sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir. / Bizim.media