Xanəndə barəsində deyilən tənqidlərə cavab verdi - Video

01 Noyabr 2025
6905bfac7d20f202511250708
268

Xanəndə Pərviz Qasımov barəsində səsləndirilən iddialara cavab verib.

***

Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımova irad bildirib.

Bu barədə o, “Gün ortası” verilişində danışıb.

B. Niftəliyevin Pərvizin idman stilində muğam oxumasını tənqid edib:
 

“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.

Qeyd edək ki,  Pərviz bodibildinq yarışında 1-ci yerə çıxıb. Xanəndəliklə paralel idmanla da məşğul olan sənətçinin zaman-zaman videoları müzakirə olunur. Onun idman geyimində muğam ifaları birmənalı qarşılanmır.


Onu da xatırladaq ki, Pərviz sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir. / Bizim.media