Xamenei İranın ABŞ hərbi bazasına hücumundan sonra elə bir paylaşım etdi ki... - Şok foto

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İranın ABŞ hərbi bazalarına hücumlarından sonra paylaşım edib.

Paylaşımda alovlanmış ABŞ bayrağının olduğu müşahidə edilib. Qeyd edək ki, İran ABŞ-nin Dohadakı hərbi bazasına raket zərbəsi endirib. “Reuters” agentliyinin məlumatına görə, hərbi bazaya 6 raket buraxılıb. İran tərəfi Qətərlə yanaşı İraqa da raketlər buraxıldığını bəyan edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbi hava qüvvələri İranı bombalamışdı. / Metbuat.az