Xalq artistinin qızının hamiləlik fotosu müzakirələrə səbəb oldu

22 Yanvar 2026
69713be0ecfd1202601264936
13

Xalq artisti Mələkxanım Eyudova yeni doğulacaq nəvəsindən danışıb.

"Qonaqcanlı" verilişinə qatılan müğənni bloger qızı Nəzrinin hamiləliyi ilə bağlı paylaşımından bəhs edib:

"Hər şey öz məqamında bildiriləndə, paylaşılanda yaxşı olur. Bizim həyatımızın mənasıdır, təbii haldır. Allah hər bir cütlüyə qismət etsin. Hər kəsin bir duası var ki, hamı deyir oğullu, qızlı olsunlar. Onların xoşbəxt olduğunu və valideyn olduqlarını görəndə sevinirik".

Qeyd edək ki, Nəzrin müğənni Mərdan Kazımovla ailəlidir. M.Eyubovanın dörd övladı var. / Axşam.az