Vikipediyadan şəhidlərə aid məqalələri silən şəxs danışdı

15 Sentyabr 2024
66e6b41462cf6202409241652
682

"Məqalələri bərpa edəcəyəm. (Vikipediyada şəhidlərə aid məqalələri nəzərdə tutur-red). Konsensusun tərəfdarları sakit durdular, arada mən günahkar getdim. Məni ortada qoydular və xain vəziyyətinə saldılar, baxmayaraq ki, admin kimi təməl borcumu yerimə yetirmişdim – qəbul edilən qərarın icra edilməsi..."

Bunu vikipediya könüllüsü Ayxan Zahidzadə bildirib.

"Təəssüf ki, neytral yanaşaraq bunu etdim və ortada qaldım. Hər halda, baş vermiş hadisədən sonra məni bu vəziyyətə salanlar ayrı məsələdir... İnsanın haqqına girmək mənəvi problemdir", - o qeyd edib. / Pravda.az