Verilişi dayandırılan Zaurun səhhəti pisləşdi - VİDEO

Xəbər verdiyimiz kimi ATV telekanalında yayımlanan "Bizimləsən" proqramı yarımçıq dayandırılıb.

Buna səbəb aparıcı Zaur Baxşəliyevin özünü pis hiss etməsi səbəb olub. ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, aparıcı Zaur Baxşəliyev özünü pis hiss etdiyi üçün ona istirahət etməsi tövsiyyə olunub. Ozal İbrahimlinin sözlərinə görə, Zaur Baxşəliyev sabahdan etibarən işinin başında olacaq.