Van Damm azərbaycanlı nəvəsi ilə görüntüsü: Uşağın adı marağa səbəb oldu - Foto
Film və idman dünyasının əfsanəsi Jan Klod Van Dammın azərbaycan əsilli nəvəsi ilə videosu paylaşılıb. Görüntülər maraqla qarşılanıb.
Xatırladaq ki, aktyorun oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub.
Sosial mediada uşağın adı ilə bağlı suallar irəli sürülüb. Qeyd edək ki, cütlük bundan əvvəl bununla bağlı suala belə cavab vermişdi:
- Neçə övladınızın olmasını istərdiniz?
Kristofer: Üç - iki oğlan, bir qız.
- Bəs onlardan hansınınsa adı azərbaycanlı adı ola bilər?
Suada: Mən fikirləşirəm ki, övladım olanda ona mütləq, həm də azərbaycanlı adı qoymalıyam. Düzdür, bunu hələ heç özünə deməmişəm, indi deyirəm. Bu adın deyilişi, yazılışı asan olmalı, anlaşılan olmalıdır.
Kristofer: Bir Amerika, bir Belçika, ya Puerto-Riko adı ola bilər.
