Uzun müddət sekslə məşğul olmayanda nələr baş verir? - MÜTLƏQ OXUYUN

25 Fevral 2024
65daf6251f4c6202402241117
240

Seksoloqların fikirlərinə görə qadınlar kişilərə nisbətən daha çox müddətdə sekslə məşğul olmadan qala bilirlər. Bu onların fizianomiyasından asılıdır. Qadınlar 2 ay müddətində asanlıqla seksdən uzaq qala bilirlər.

Düzdür, bu deylənlər hər orqanizmə şamil edilmir, çünki hər kəsin fizioloji quruluşu fərqlidir. Uzun müddət cinsi əlaqədən ən çox cinsi həvəsləri az olanlar, əvvəllər sekslə məşğul olmayanlar, cinsi əlaqədən zövq almayanlar, elmlə məşğul olanlar uzaq qala bilirlər. Bu özü də insan orqanizminə fəsadsız ötüşmür. Belə ki, uzun müddət cinsi əlaqədən uzaq duran qadınlar emosional və əsəbi, kişilər isə əsəbi, kinli və qəzəbli olurlar. Bu əlamətlər isə davamlı cinsi həyat keçirən insanlarda özünü biruzə vermir.

Mütəxəssislər uzun müddət sekslə məşğul olmayan adamlarda psixoloji problemlərin əmələ gəlməməsi üçün onların idmanla məşğul olmalarını məsləhət bilir. İdmanla məşğul olmaq insanın fikrini yayındırır və seksdən uzaq qaldığına görə əsəbilik əlamətlərinin meydana çıxmasının qarşısını alır.

Alman seksoloqlarının son illərdəki araşdırmaları tez-tez və güclü sekslə məşğul olmağın orqanizm üçün zərərli olduğunu sübut edib. Mütəxəssislər 10 il davamlı və güclü sekslə məşğul olanlarda orqanizm yaşlandığı zaman təzyiq və miqren xəstəliklərinin meydana çıxdığını deyirlər.

Mütəxəssislər vaxtından əvvəl sekslə məşğul olmağa başlamağın da orqanizm üçün zərərli olduğunu müəyyən ediblər. Hər insanın gözünün rəngi kimi seksə olan həvəsi də müxtəlifdir. Belə ki, biri üçün xoş sayılan hansısa bir vərdişin digərinə faydalı olduğu söylənilə bilməz. Sekslə məşğul olmaq qadın və kişinin əhval-ruhiyyəsinə birbaşa təsir edir. Hər bir insan qarşı cinsin nümayəndəsi tərəfindən sevilməyi arzulayır. Əgər insanın seksə olan təlabatı ödənmədikdə iş və ya idmanla özünü məşğul edirsə, o zaman onun psixoloji problemləri olmur. Yox əgər intim həyatının normada olmadığını düşünərək insan özünə qapanarsa, o zaman psixoloji problemlər yarana bilər. (oxu24.com)