Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub üzə çıxdı - Video
“Qrupun ən tərbiyəli, istedadlı uşaqlarından biri idi. Deyirdi ki, hərbi xidmətə gedəndə Vətən üçün canımdan keçəcəyəm, şəhidlik zirvəsinə ucalacağam. Əmrahla ana-bala sevgimiz var idi. Onun şəhid olduğu anı belə hiss etmişdim”.
Şəhidin xalası Günel Rajapova isə söyləyib ki, anası Əmrahı iki aylıq olarkən atıb gedib:
“Dedi ki, istər çölə atın, istərsə də uşaq evinə verin, mən öz həyatımı yaşamaq istəyirəm. Əmrah dəfn olunduqdan sonra isə ortaya çıxıb mənimlə əlaqə saxladı. Əvvəlcə xoş danışıb, gələcəyini dedi. Daha sonra məni məhkəməyə verəcəyini, Əmraha görə verilən pulu məndən alacağını bildirdi”.