Ülviyyə xəbəri olmadan keçmiş əri ilə eyni verilişə çağırıldı: Reaksiyasına baxın - Foto

01 Sentyabr 2025
68c0944b5cda6202509255539
1049

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində gərgin anlar yaşanıb.

Aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib.

Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb.

Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var. / axşam.az