Türkan Pərvizin ailəsini dağıdıb? - "Biz 4 ildir ki..." - VİDEO

Şou-biznesin xanım nümayəndələri haqqında tez-tez “ailəmi dağıdıb”, “yoldaşımı əlimdən” alıb kimi ifadələr işlədilir.

ATV telekanalında yayımlanan “Birə-Bir” verilişinin qonağı olan müğənni Türkan Vəlizadə bu məsələyə aydınlıq gətirib. İllərlə duet ortağı olduğu Pərviz Bülbülə haqda danışan ifaçı gəzən söz-söhbətlərin şayiə olduğunu deyib

“Bir var ki, ailəli insanın ailəsini dağıdasan. Biri də var ki, subay insanlar duet ortağıdır, burada pis nəsə yoxdur. Amma ailəli insanı sevməyin onsuz da axırı yoxdur. Sonu daha pis bir şeydir. Mən 4 ildir bu söhbətləri eşidirəm ki, “Türkan Pərvizin ailəsini dağıdıb”. Əvvəl bu söhbətlərə çox fikir verirdim və elə depressiyaya düşürdüm ki, çıxa bilmirdim. Sonra gördüm ki, o qədər bikar insanlar var ki… Boş verdim. Ən azından həmin insanın ailəsi, ətrafımız bilir ki, belə şey yoxdur. Çünki biz 4 ildir duet ortağıyıq, hər ikimiz öz evimizə çörək aparırıq. Mən onun ailəsinə çox böyük hörmətlə yanaşıram. Allah iki balasını saxlasın. Mən subay xanımam, o isə evlidir, bu danışılanların hamısı şaiyədir. Belə şeylərə reaksiya vermək lazım deyil. Bunu özüm, ailəm, Allahım bilir. Ailəli insanın ailəsinə müdaxilə etməyin özü günahdır”.

Həmin görüntüləri təqdim edirik: