Tünzalə Ağayeva geyiminə görə onu tənqid edənlərə cavab verdi: Artist seçilməlidir
Xalq artisti Tünzalə Ağayeva geyiminə görə onu tənqid edənlərə cavab verib.
Bu barədə o, “Özəl” verilişində danışıb. Sənətçi deyib ki, onun üçün tənqidi kimin yazdığı önəmlidir:
“Səhnədə artist gözəl mənada öz publikasından fərqlənməlidi. Səhnədə sən bir nağıl, obraz yaradırsan. Deyilən sözlərdə isə həmin şəxslərin niyyəti özünü göstərir. Ömür boyu səsim, sənətimlə bağlı müxtəlif sözlər eşidirəm. Bu da tanınmışlığın aqibətidir. Arxandan danışırlarsa, dmeəli öndəsən. Amma baxır, mənim haqqımda tənqidi kim deyir. Tənqidi musiqişünas, geyimdən başı çıxan, səhnəni tanıyan mütəxəssislər etməlidir. Qalan hər şeyi bir torbaya toplayıb deyirəm ki, bu insanları tanımıram.