Tramp ələ keçirdiyi Maduronun son görüntüsünü paylaşdı - Foto

03 Yanvar 2026
695946b98fbfc202601264129
2314
ABŞ Prezidenti Donald Tramp ələ keçirilən Venesuelada Prezidentinin görüntüsünü paylaşıb. Görüntü ABŞ hərbi gəmisində lentə alınıb. Tramp Maduronun Nyu-Yorkda gətiriləcəyini bəyan etmişdi.

***

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.

O, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.

Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.

"Bu gün səhər saat 11-də (Bakı vaxtı ilə 20:00-da - red.) mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib. / Report