Toydan sonra rəzillik bilindi - Gəlin 3 gün sonra evdən qaçdı / Azərbaycanda olay

08 Mart 2024
65ea334ea9fbe202403243614
3103

Azərbaycanda gəlin toyundan üç gün sonra evdən qaçıb.

Şəhla (şərti) evdən qaçmasını isə nigah qurduğu Taleh (şərti) adlı şəxs tərəfindən təşkil edildiyini iddia sürüb.

O, toy günü nigah qurduğu şəxslə cinsi münasibətin baş tutmamadığını bildirib:  “Taleh xəstə idi. Taleh toy gecəsinin səhərisi atası ilə birlikdə həkimə gedib. 3 günlük müalicə də yazılsa da aralarında heç nə alınmayıb.

Bundan sonra Şəhla Talehə cinsi məsələ ilə bağlı ondan xəbər alanlara nə desin? sualını ünvanlayıb. Taleh isə buna əsəbiləşərək atasının evinə getməsini bildirib. Səhərisi gün bütün bunları qaynanasına demiş və aralarında mübahisə də yaranıb.

Bundan sonra Şəhla iddia edib ki,  həmin gündən onlar barəsində guya o gəlin gələndə qız olmamışdır deyə söz-söhbətlər çıxarıblar. Hətta onun əmisi Bəhruz da ona söz atıb. Onu evdən qaçmağa məcbur edən (təşkil edən də) Taleh özü olub. Taksi maşınının telefon nömrəsini də Taleh verib. Evdən çıxanda həyətdə itlər vardı və Taleh özü itlərdən qapıya kimi ötürüb və qapını da aralı qoydu ki, heç kim eşitməsin. Ondan xahiş edib ki, heç kim bilməsin, biabır olar. Talehin onu əxlaqsız adlandırması, digər kişilərlə cinsi əlaqədə olmasını göstərməsi tamamilə yalan və böhtandır və məqsədi şərəf və ləyaqətini alçaltmaqdır. Taleh, onu şərləyir, böhtan atır. Bütün kənddə, rayonda barəsində şər-böhtan olan söhbətlər yayır.

Taleh isə iddia edib ki, ailə qurduğu qadının sosial şəbələrdə çılpaq foto və videosu şəkilləri yayıldığı üçün bu hadisə baş verib.

Şəhla ilə ailə həyatı quran Taleh (şərti) şikayətçinin onunla nikaha girənədək sosial şəbəkələrdə və ayrı-ayrı şəxslərə açıq-saçıq video və şəkillər göndərdiyini və irəli sürülmüş şikayətin əsassızlığını təsdiq edən sübutları olduğunu bildirib.

Şəhla məhkəmədə iddia edib ki, çılpaq foto və videosu şəkillərini sosial şəbəkələrdə yayan nigah qurduğu şəxs və onun əmisi olub.

Qeyd edək ki, cütlüyün ötən ilin noyabr ayında toyları olsa da, bu ilin aprel ayında Quba rayon məhkəməsində “Nikahın pozulması tələbinə dair” iddia qaldırıblar.

Məhkəmə iddiaçının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilib. / 32gun.az