Tolikdən əkizlərin geyiminə reaksiya - Belədirsə, Bayram Nurlunu göndərsinlər

08 May 2023
64594cd98f747202305232617
308

Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya - 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb.

Ötən gün olan açılış mərasiminə Azərbaycan təmsilçiləri qadın geyimi ilə qatılıblar. Qardaşların bu imici birmənalı qəbul olunmayıb. Sosial şəbəkələrdə onların bu görüntüsünə dair çoxsaylı tənqidlər öz əksini tapıb.

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də təmsilçilərimizin geyimini tənqid edib:

“Bunların rəhbəri kimdir? Yəni ölkəmizi belə təmsil etməyə məcburuq? Daha belədirsə, Bayramı (Bayram Nurlu) göndərsinlər. Eldarın ideyasıdır bu?”

Daha sonra Tolik ona “Sizi göndərək, Bayrama nə gərək var?” yazan izləyicilərdən birini təhqir edib:

“Mənim yaşım 44-dür, amma səni göndərmək olar, şəkillərinə baxdım, ... üzündən yağır. Çaşma, səni tapıb aşırdaram, uşaq”. / Pravda.az