Təyyarə qəzasında həlak olanların ailələrinə bu qədər kompensasiya ödənəcək

26 Dekabr 2024
676d8c06d437a202412240158
11

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Azaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.

 “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar. / Report