Təranədən əri Musanı məsxərəyə qoyanlara cavab: “Quduzluq iynənizi almışam” - VİDEO
Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin dünyaca məşhur və dillərdə əzbər “Amor Mio” ifasını məsxərəyə qoyanlara cavab verib. Bizim.Media xəbər verir ki, sənətçi sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, izləyiciləri təhqir edib. “Danışıb, dayandınız? Sözüm sosial şəbəkələrdə haqqımızda yazanlaradır: İt hürər, karvan keçər. Bunun nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracağam”, - deyə Təranə vurğulayıb. Müğənni sosial şəbəkə əhlindən gələcək tənqidlərdən özünü qorumaq üçün paylaşımının şərh bölməsini bağlayıb. /bizim.media