Təranə ehtiyacı olan ailəyə yardımdan imtina etdi - Video

14 Yanvar 2026
69675365a5162202601262717
225
Müğənni Təranə Qumral sosial şəbəkələrdə müzakirə yaradıb.
Buna səbəb ifaçının “Həmin Zaur” proqramında maddi yardıma ehtiyacı olan ailəyə kömək etməməsi olub:
“Bizim 200 manatımız var? Özümüzün ehtiyacımız çoxdur, niyə veririk ki? Hamının əlindən əsəbiyəm, heç kimə pul vermirəm. Heç bir manat da vermərəm. Mən nə restoranda əyləşirəm, nə kafedə. Zülm çəkirəm, toylarda təzyiqim 200-ə qalxıb, amma oxumuşam, heç nə bilməyiblər.
Öz əziyyətim, dırnaqlarımla gəlib bura çıxmışam. İki ay Məhərrəmlik olur, sənə pul verirlər? Mənə də vermirlər. Deyirlər, kasıba pul ver. Deyirəm, vermirəm. Pulumu niyə verməliyəm ki?”. / Bizim.media