"Televiziyalar reytinqə görə uşaqların tərbiyəsini pozur"
“Bənövşə Uşaq Xoru fəaliyyətini dayandırıb. Uşaqlarımıza efirdən bir mahnı izlədə bilmirik. Efirdə ancaq meyxana və o tipli “çaqqa-çukka” mahnıları varsa, uşaqdan nəyi tələb edirsən?”
Bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Sayqa ilə... ” verilişində deyib.
Sənətçi efirlərdə səslənən meyxana tipli mahnıların uşaqların tərbiyəsinə mənfi təsir etdiyini vurğulayıb:
”Efir hər kəsin evinə girir. Amma meyxana ilə olan mahnıları bir damcı səsləndirən kimi hamısı xorla oxudu. Çünki televiziyada bunlar yayımlanır. Günah elə televiziyadadır. Reytinqə görə həmin müğənniləri çağırırlar”. / Olay.az