“Telefonumda ərimin adını “Anam” yazmışam” – Ofelya Şabanova

08 İyul 2025
686c38da82008202507251506
1226

Müğənni Ofelya Şabanova uşaq olarkən yaşadığı sıxıntılardan danışaraq, efirdə kövrəlib. 

 “Xəbərin var?” verilişində qonaq olan sənətçi uşaqlıqda kartof qızarmasına belə həsrət qaldığını xatırlayaraq kövrəlib. 

O, ailəsinin kasıb olduğu üçün anasına qonşular və qohumlar tərəfindən pis münasibətin olduğunu bildirib: 

“Biz çox kasıb ailə olmuşuq. Mən kartof qızartmasına həsrət idim, düşünürdüm ki, görəsən, bizim evdə nə vaxtsa, kartof qızaracaq? Qardaşımızı həyətdəki armud və çörəklə böyütmüşük. Müharibə iştirakçısıdır. Anam xərçəng xəstəsi idi. Məni 12 yaşımda toya aparmağa gəlirdilər, ayağıma geyinməyə ayaqqabım yox idi.

Mənim həyat yoldaşım mənə həm ana, həm ata, həm ər oldu. Məni oxutdu, arxamda dayandı. Mən telefonumda ərimin adını “Anam” yazmışam”. / Yenisabah.az