"Tələbələrə geyimlə bağlı sərbəstlik verilməlidir"

20 Oktyabr 2023
65311f822f896202310232226
330

Son zamanlar sosial şəbəkələrdə bəzi ali təhsil müəssisələrində tələbələrin geyimləri ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə qarşılaşırıq. Tələbələrə universitet rəhbərliyi tərəfindən geyimləri ilə bağlı dəyişiklik etmələri tapşırılır.

Bəs universitetlərdə geyim qadağası olmalıdırmı? Bu nə dərəcə də düzgündür?

Mövzu ilə əlaqədar təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında  bildirib ki, ali təhsil müəssisələrini beynəlxalq standartlara uyğun  qurmaq istəyiriksə, o halda  nə tələbələrin geyiminə nə davranışına, nə də dərsə davamiyyətinə məhdudiyyətlər qoya bilmərik:

 

 Açıklama yok.

“Tələbələr böyüdüyü mühitə uyğun geyim və davranış qaydalarını özləri formalaşdırır. Buna görə də özləri Azərbaycan mentatliletinə uyğun geyimlərini və davranış qaydalarını tənzimləməldir. Onlara əlavə diqtələr etmək, göstəriş vermək düzgün deyil”.

Ekspert qeyd edib ki, universitetlər hələ də 1980 - 1990-cı illərin ənənəvi təhsil sistemini tətbiq edir: “Artıq qayıb məsələsində də tələbələrə sərbəstlik verilməlidir. Əgər tələbə imtahana hazırlıqlı gəlirsə, onun mütləq bütün dərsdə oturmağı vacib sayılmamalıdır”.