Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu

25 İyun 2025
685b156100721202506251513
271

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) lent.az-a müsahibəsində ailəsi barədə danışıb.  

– Onunla tanışlığınız necə olub?
– Moskvada tanış olmuşuq. Yaxşı ki, tanış olmuşuq.
– Söylədiniz ki, həyat yoldaşınız sizə qadağalar qoyub. Nələri qadağa edib sizə?
– Bir çox şeyə qadağa qoyub. Xüsusi ilə də şəkillərimizin mediada yayılmasına. Ümumiyyətlə, bizim şou-biznesdə bir çox şeyləri yaxşı qarşılamırlar. Məsələn, müğənni evini, maşınını və ya həyat yoldaşını göstərir, müzakirə edirlər. Ona görə də yaxşısı budur ki, heç nə göstərməyəsən. Mənim ailəm şou aləminə maraqlı olmamalıdır. Ailəm özümə məxsusdur. 

– Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?
– Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram.  Sadəcə, molla nikahında ailəliyik. Münasibətlərimiz yaxşıdır. Qaynatam, qaynanam, qayınlarım, baldızım da bizə gəlib-gedirlər. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun.