Ölümündən əvvəl tək arzusunu açıqladı: Xəyanət edən arvadımı... - FOTO
Türkiyənin Adana şəhərində yaşayan 86 yaşlı Mustafa Göktaş 11 il əvvəl 60 yaşlı Nevin Göktaş ilə evlənib.
İddialara görə, Nevin Göktaş 1,5 il əvvəl evini və əşyalarını götürərək qaçıb. Qadının başqası ilə münasibətdə olduğu irəli sürülür. 86 yaşlı şəxsin sözlərinə görə, həmin hadisədən sonra o arvadından boşanmaq üçün mübarizə aparsa da, buna nail ola bilməyib. Yaşlı şəxsin sözlərinə görə, onun tək arzusu ölməzdən əvvəl ona xəyanət edən arvadından boşanmaqdır, Yaşlı şəxs arvadının 1 milyon türk lirəsi götürərək qaçdığını deyib.
Məlumata görə, 86 yaşlı Mustafa Göktaş kifayət qədər imkanlı şəxs olub. Mustafa Göktaşın arvadının qohumları da illərdir onun sahib olduğu digər evlərdə qalıb. Mustafa Göktaş 25 il Avropada müxtəlif işlərdə işləyib.