Tanınmış müğənni ilə bağlı üzücü xəbər - Video

12 Noyabr 2025
6914db1db7b5d202511250813
1451

Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb. 

Sənətçi bu haqda "Günə uğurla" verilişində danışıb. O, bildirib ki, bir neçə gün əvvəl toyda halı pisləşib və yıxılıb:

"Acımız bizə məxsusdur. Bunu qəlbimizdə gizlədirik. İstəməmişəm ki, insanlara acımı hiss etdirim. Atamın 7 mərasimindən 2 gün sonra toy oxuyan adam olmuşam. Beh verib toya dəvət edəni necə qıra bilərəm? Ən çox qınanılanlar incəsənət adamlarıdır.

Dərdimizlə baş-başa qala bilmirik. Bir-iki gündür sağlamlığımla sınağa çəkilirəm. Ayın 9-da Gürcüstana getməli idim. Noyabrın 8-də toyda bir də gördüm yerdəyəm. Halım pisləşib yıxılmışam. Ümid edirəm yaxşı xəbər alaram". / Axşam.az