Tanınmış müğənni başqasının ərindən uşaq dünyaya gətirdiyini etiraf etdi: Sevgilisi efirə zəng edib görün nələr dedi

Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı etiraf edib.

İfaçı "Rəngarəng" verilişində evli kişidən uşaq dünyaya gətirdiyini deyib:

"Boynuma alıram ki, mənim uşağımın atası evlidir. Mən efirlərə çıxıb ərim-ərim demirəm. Hamilə olarkən hansı stresləri keçirdiyimi heç kim bilmir. Kənardan kimisə qınamaq asandır. Mən heç kimə bunu məsləhət görmürəm".

Daha sonra Ülviyyə Namazovanın həyatında olan şəxs efirə zəng edərək həmişə onun yanında olacağını açıqlayıb. Bildirib ki, o başını heç vaxt aşağı əyməsin. / Unikal.az