Tanınmış ginekoloqun etik olmayan hərəkəti tənqid edildi - Video

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanı paylaşımlarına görə tənqid edib. 

Jurnalist həkimin qeyri-etik paylaşımlar etdiyini bildirib. O, K.Quliyevanın bir pasientə etdiyi himenoplastika əməliyyatının görüntüsünü paylaşdığı anları yayımlayaraq, bunları yazıb:

"Təəssüf ki, həkim olub, elmlər namizədi də olub, amma insan ola bilməyib. Diplom verirlər, amma vicdanı paylamırlar. Qızlıq pərdəsini tikməklə məşğul olub, amma insanlıq pərdəsini çoxdan cırıb… Ürəyim bulannır “elmli” insanların cahilliyindən".

Qeyd edək ki, bir müddət əvvəl sözügedən həkimlə bağlı aparıcı Rövşanə Ağasəfqızı da paylaşım etmişdi. / Axşam.az