Tanınmış aparıcı bu sənətçi ilə eşq yaşayır - Foto
Xanəndə Pərvaz İbrahimli ilə aparıcı Aysu arasında sevgi münasibətinin olduğu iddia edilir.
Bu xəbər cütlüyün öz dilindən səsləndirilib.
Belə ki, Aysunun aparıcısı olduğu verilişdə qonaq olan xanəndə münasibətləri ilə bağlı məsələnin açıqlanmasını istədiyini bildirib.
Aparıcı Aysu isə bu mövzuya qısa, lakin maraq doğuran cavab verərək, "Tezliklə hamı hər şeyi biləcək", - deyə qeyd edib.
Bu açıqlama sosial şəbəkələrdə və izləyicilər arasında geniş müzakirələrə səbəb olub. / Milli.az