Tacirin oğlunun toyu buna görə ləğv edildi - Qız başqa oğlanı... - ŞOK

17 Mart 2024
65f58e9dcdd2c202403242045
501

“Ailəlikcə toya hazırlaşırdıq, amma arzumuz baş tutmadı”.

Bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu oğlunun nişanlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi oğlunun toyunu ləğv etməsindən danışıb:

“Oğluma yaxın dostumun qızını alacaqdım. Amma qız son anda razılıq vermədi, bildirdi ki, özünün istədiyi oğlan var. Nə edə bilərdik ki? Bunu bildik və toyu ləğv etdik”. 

Tacir Şahmalıoğlu bundan narahat olmadığını də vurğulayıb:

“Azərbaycan böyükdür, qızdan çox qız var. Oğlumun qisməti çatanda bizi düz ünvana aparacaq. Təki mənim oğluma tapılmayan qız olsun. Allah bütün balaları xoşbəxt eləsin, mənimkilər də onların arasında”. 

Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirəcəyini açıqlamışdı. Sənətçi oğlunu dostunun qızı ilə nişanlayacağını bildirmişdi.