Tacir Şahmalıoğlu tanınmış müğənni ilə sevgili olması barədə iddiaya şok cavab verdi - FOTO

27 Fevral 2024
65de0ea65f293202402243238
516

Müğənni Aybəniz Bəhramqızının xanəndə Tacir Şahmalıoğlu ilə sevgili olduğunu açıqlaması müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, belə ki, 65 yaşlı ifaçı Amil Xəlilin aparıcısı olduğu verilişdə Tacir Şahmalıoğlu ilə yaranan tanışlığından danışıb, illər öncə bir yerdə çəkilmiş fotosunu nümayiş etdirib.

Onun iddialarına görə, boşandıqdan sonra T.Şahmalıoğlunun ailəsi onlara elçi gedib, lakin Şahmalıoğlunun atası sonradan onların evlənməyinə razı olmayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənninin oğlu Şahmalı Taciroğlu sözügedən süjetə baxanda əsəbləşdiyini bildirib. O, anasının güclü qadın olduğunu, bu cür açıqlamalara əhəmiyyət vermədiyini qeyd edib:

“Süjeti mən də gördüm. Açığı, əsəbiləşdim. Verilişin aparıcısı Amil Xəlilə də öz etirazımızı bildirdik. Təəssüflər olsun ki, indiki zəmanə belədir, kimin qarşısına çörək qoyursan, kimi evinin içinə salırsansa, onun çörəyi dizinin üstündə olur, kəsdiyi çörəyə hörmət qoymur. Yaxşılardan iraq, amma əksəriyyət bu cürdür. Belə etmək olmazdı, Amil bizim evimizə gəlib-gedən insan idi, anam onun qarşısına çörək qoymuşdu, biz birlikdə çörək kəsmişdik, o, bu hərəkəti etməməli idi.

Mənim anam çox güclü qadındır. o, belə şeyləri ürəyinə salmır. Hər kəs yaxşı bilir ki, insanlar yaşlandıqca bir qədər fərqli olurlar, hətta bəzilərində yaddaş pozğunluğu da ola bilir. Həmin süjetə baxanlar da yəqin ki, bunu hiss edib”.

Ş.Taciroğlu bu məsələdə 65 yaşlı qadını efirdə bu cür danışdıran aparıcının günahkar olduğunu deyib:

“Yenə deyirəm, bunun günahkarı efirə çıxıb danışanda deyil, onu efirə çıxarıb danışdıranlardadır. Belə etmək olmaz! Əgər bir aparıcı qarşı tərəfi bu cür danışdırıb, süjeti efirə verirsə, deməli, o, birbaşa bizi istəməyən insandır. Bu, reytinq xatirinə olunub, aparıcı da yaxşı bilir ki, bundan reytinq qazanacaq, ona görə də efirə verib”.